İDMAN


Zaur Həşimov “Qəbələ”yə məşqçi təyin olunub

Bakı, 8 yanvar, AZƏRTAC

2018-2019-cu il mövsümünün ikinci yarısına hazırlığı Bakıda davam etdirən “Qəbələ” futbol klubunun məşqçilər korpusunda dəyişiklik olub.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Zaur Həşimov “Qəbələ”yə məşqçi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Otuz səkkiz yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Z.Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qrupları komandalarında çıxış edib. “Qəbələ”nin yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.