CƏMİYYƏT


Zaza Vaşakmadze: Gürcüstanda dinlə bağlı qanunun qəbulu barədə qərarı ölkədəki dini icmalar verməlidir

Tbilisi, 8 fevral, AZƏRTAC

Gürcüstanda bütün dini icmalar dinc, mehriban şəraitdə fəaliyyət göstərirlər. Lakin bəzən onların da fəaliyyəti ilə bağlı problemlər yaranır. Hökumət bunun qarşısını almaq və mövcud problemləri həll etmək üçün yollar axtarır. Bu yollardan biri də “Din haqqında”, “Dini fəaliyyət haqqında” və ya “Dini etiqad azadlığı haqqında” qanunun qəbuludur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze söyləyib.

Agentlik sədri bildirib ki, qanunun qəbulu ilə bağlı dini icmalar qərar verməlidir. Hökumət 40-a yaxın ölkənin, o cümlədən Azərbaycanın “Dini etiqad azadlığı haqqında” Qanununu diqqətlə öyrənir: “Biz mükəmməl bir qanun qəbul etmək istəyirik. Amma dinlə bağlı ayrıca qanunun qəbulu barədə qərarı ölkədəki dini icmalar verməlidir. Ona görə ki, bəzi icmalar hesab edirlər ki, dinlə bağlı ayrıca qanunun qəbulu onların fəaliyyətini məhdudlaşdıra bilər. Həmin icmalar sadəcə olaraq bəzi mövcud qanunlara əlavələrin və dəyişikliklərin edilməsini istəyirlər. Hökumət isə onlara təzyiq göstərə bilməz. Bu, tolerantlıq prinsiplərimizə ziddir”.

Z.Vaşakmadze deyib: “Biz bir neçə ölkənin qanunlarını öyrənmişik. Azərbaycanın qəbul etdiyi qanun daha yaxşı qanundur, ölkədə dini icma və sektaların fəaliyyətini, din-dövlət münasibətlərini tənzimləyir. Amma biz daim inkişaf edirik və bəzi qanunlar da zamanın tələbinə uyğun olaraq dəyişir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.