Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zəfər Forumu davam edir VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən Ümumrespublika Zəfər Forumu davam edir.

AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak edirlər.

Azərbaycanın Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq özünün ərazi bütövlüyünün bərpası, işğal olunmuş əzəli tarixi torpaqlarının azad edilməsi uğrunda başladığı İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin ikinci ildönümü ərəfəsində uğurla davam edən forumun əsas məqsədi Zəfərimizin tarixi əhəmiyyətinin ölkəmizdə geniş təbliği, şəhid ailələrinə və müharibə iştirakçılarına, döyüşlərdə sağlamlıqlarını itirən hərbi qulluqçulara göstərilən diqqət və qayğının daha da artırılması üçün onların şəxsən dinlənilməsi ilə təşəbbüs və təkliflərin ümumiləşdirilməsi, bölgələrdə bu sahədə aparılan nümunəvi işin qabaqcıl təcrübəsinin öyrənilərək geniş yayılması, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi, Azərbaycan Ordusu üçün yüksək mənəvi və iradi keyfiyyətlərə malik gənclərin yetişdirilməsi, Vətənə xidmət peşəsinin – hərbi peşənin sevdirilməsidir.

Zəfər Forumu keçirilən bölgələrdə 2023-cü ildə 100 illik yubileyini dövlət səviyyəsində qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin abidələri və Şəhidlər xiyabanları ziyarət olunur, forum iştirakçıları bölgənin tarixi, görkəmli şəxsiyyətləri, o cümlədən Ulu Öndərin, Vətən müharibəsi qəhrəmanlarının və Milli qəhrəmanların adları ilə bağlı ünvanlarla tanış olmaq imkanı qazanırlar.

Oktyabrın 7-də Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksində əvvəlcə qəhrəmanın abidəsi ziyarət olunaraq qarşısına gül dəstələri düzülüb və 8 rayon nümayəndəsinin iştirak etdiyi ilk Zəfər Forumu öz işinə başlayıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov forum iştirakçılarını salamlayıb. Bütün xalqımız kimi biləsuvarlıların da hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarını qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Zəfər Forumunun Biləsuvardan başlamasının onlara göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov və əfsanəvi döyüşçümüzün adını daşıyan qardaşı oğlu balaca Mübariz fəxri kürsüyə dəvət edilib. Milli Qəhrəmanın atası forum iştirakçılarına səmimi arzularını çatdırıb. Ailələri və bütün xalqımız üçün üzüntülü anlarda, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində şəhid gizir Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovla keçirilən vida mərasimində Prezident İlham Əliyevlə görüşünü xatırlayıb. Dövlətimizin başçısının o vaxt dediyi “Ordumuzda Mübariz kimi, Fərid kimi oğullar minlərlə, on minlərlədir. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər” sözlərini yada salıb və böyük qürur hissi ilə deyib: “Mən fəxr edirəm ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımız hücum əmrini verdi və Azərbaycan Ordusunda olan Mübariz kimi, Fərid kimi minlərlə, on minlərlə oğullar müqəddəs savaşa atılaraq şəhidlərimizin intiqamını döyüş meydanlarında aldılar. Otuz illik Qarabağ həsrətinə son qoyuldu. Zəfər bayrağımızı işğaldan azad edilən əzəli tarixi torpaqlarımızda ən uca zirvələrə, ruhumuzun paytaxtı Şuşa şəhərinə sancdı. Bu gün mənim üçün də ən şərəfli, qürurverici gündür. Fəxr edirəm ki, mübarizlər, fəridlər ölməyib. Onların qəhrəmanlıq ənənələri yaşayır və inanıram ki, bundan sonra da onların igidliklərini təkrarlayan neçə-neçə qəhrəman oğullar yetişəcək”.

Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Cəbrayıl, Biləsuvar rayonlarından gələn şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev çıxış edərək şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçulara göstərilən dövlət qayğısından danışaraq ölkəmizin başçısına minnətdarlıqlarını bildirib və forum iştirakçılarına dövlətimizin daha da qüdrətlənməsində, azad edilən tarixi torpaqlarımızda yeni quruculuq işlərinin aparılmasında uğurlar arzulayıb.

Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib.

Forum iştirakçıları Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.

Forum iştirakçıları xatirə şəkli çəkdirib və Biləsuvar şəhərindən xoş təəssüratla ayrılıblar.

Oktyabrın 18-də Gəncə şəhəri Zəfər Forumu estafetini qəbul edib. Prezident Administrasiyasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri, Gəncə, Mingəçevir, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Yevlax, Xocalı rayonlarını təmsil edən nümayəndələri ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edib, Şəhidlər xiyabanındakı “Əbədi Məşəl” kompleksi önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib, əbədiyyətə qovuşan igid Vətən övladlarının ruhuna dualar oxuyublar.

Gəncə Dövlət Filarmoniyasının foyesində təşkil olunan yaradıcılıq sərgisi ilə tanışlıqdan sonra Zəfər Forumu başlanıb.

2020-ci il noyabrın 8-də Şuşa şəhərində inzibati binanın üzərinə sancılan və Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdirilən möhtəşəm Qələbəmizin rəmzi Zəfər bayrağı hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları və alqışlar altında salona gətirilib.

Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər Salam İsmayıl və Elxan Abbasov Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad Xanın qiyafələrində səhnəyə çıxıblar. Ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrini yaşadaraq düşməni məğlub edib Zəfər bayrağımızı tarixi torpaqlarımızda yenidən ucaldan ər oğulları alqışlayaraq, müdrik kəlamları ilə onları yeni-yeni zəfərlərə səsləyiblər.

Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov Zəfər Forumunun iştirakçılarına gəncəlilərin salamlarını yetirib. Onlara bundan sonra da ümummilli lider Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, xalqımızın xoşbəxt, firavan gələcəyi naminə uğurlar arzulayıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Zəfər Forumunun işində iştirakçılara uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, Gəncədə keçirilən Zəfər Forumu da ordu-xalq-dövlət birliyinin təntənəsinə çevriləcək və hər birimizi bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə ruhlandıracaq.

100 illik yubileyi yüksək səviyyədə qeyd edilən Gəncə şəhərinin ən yaşlı sakini, İkinci Dünya müharibəsinin iştirakçısı Tofiq Hüseynovun forum iştirakçılarına məsləhətləri və yeni zəfərlərə ruhlandıran xeyir-duası alqışlarla qarşılanıb.

Şəhid anası Rəfiqə Süleymanova (Gəncə), şəhid atası İldırım Əbdürrəhmanov (Mingəçevir), müharibə iştirakçısı Samir Kərimov (Yevlax), Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev (Kəlbəcər) və digər rayonların nümayəndələri çıxış edərək bir daha vurğulayıblar ki, bu gün ölməz şəhidlərimizin ruhu şaddır. Onların yaxınları üçün, bütün xalqımız üçün təsəlli odur ki, şəhidlərimiz öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu, Gəncə Dövlət Filarmoniyasının və Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə təqdim edilən “Zəfər bayrağına düzlən!” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya Zəfər Forumu iştirakçılarının böyük marağına səbəb olub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə forum iştirakçılarının müraciəti səsləndirildikdən sonra Zəfər bayrağı fəxri qarovulun müşayiəti, “Qələbə marşı”nın sədaları altında Ağstafa rayonuna yola salınıb.

Oktyabrın 19-da Ağstafa şəhəri Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları, igidlik və şücaəti ilə Şuşaya sancılan Zəfər bayrağımızı böyük coşqu ilə qarşılayıb.

Prezident Administrasiyasının məsul əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və hərbi qulluqçular ulu öndər Heydər Əliyevin abidəsi önünə qızılgüllər düzərək dahi Liderə ehtiramlarını bildirib, Şəhidlər abidə-kompleksini ziyarət edərək “Əbədi Məşəl” qarşısına forum iştirakçıları adından əklil qoyublar.

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Mədəniyyət mərkəzinin qarşısında rəsmi qonaqlar, Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarını təmsil edən nümayəndələr hərbi orkestrin ifa etdiyi “Zəfər marşı” ilə qarşılanıb.

Foyedə “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Düşmən təxribatlarının qarşısını qətiyyətlə aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini sevindirəcəkləri günü arzulayıblar.

İkinci Qarabağ müharibəsinin Zəfər bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradının iştirakçısı olan hərbi qulluqçuların müşayiəti ilə salona gətirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni ifa olunub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa ünvanladığı tarixi müraciətdən fraqmentin vizual təqdimatı ilə forum işinə başlayıb. İştirakçılar Müzəffər Ali Baş Komandanın müraciətini ayaqüstə alqışlarla qarşılayıblar:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox...

Bizim Zəfər yürüşümüz davam edir...

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Polkovnik A.Qurbani forum iştirakçılarına Ağstafa rayonunun tarixi barədə ətraflı məlumat verib. Bu torpaqda doğulan igidlərin Vətənin dar günündə birləşib düşmənə ağır zərbələr vurduqlarını, qanları, canları bahasına yurd-yuvalarını qoruduqlarını, Qarabağ müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq Vətənin müdafiəsinə qalxdıqlarını, düşmənə bir qarış olsun torpaq vermədiklərini iftixar hissi ilə diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk generalı Süleyman bəy Əfəndiyevin, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin, Azərbaycanın Milli qəhrəmanları Rafiq Alıcanov, Arif Qədiməliyev, Əjdər Babayev, İlham Həsənov və Novruz Qurbanovun Ağstafa rayonundan pərvazlandıqları, Birinci və İkinci Qarabağ müharibəsində təkcə bu rayondan 222 şəhidin olduğu qeyd edilib.

Silahlı Qüvvələrin bütün qoşun növlərində Ağstafadan olan hərbi qulluqçuların Vətənə sədaqətlə xidmət etdikləri, peşə seçimində gənclərin hərbi ixtisaslara daha çox meyil göstərdikləri, ordu ilə rayon sakinlərinin əlaqələrinin yüksək səviyyədə olduğu, müharibə dövründə ön cəbhədə, eləcə də arxa cəbhədə ağstafalıların dövlətimizin başçısının ətrafında daha sıx birləşərək Qələbə naminə fədakarlıqlar göstərdikləri vurğulanıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov etimad göstərilərək növbəti Zəfər Forumunun bu rayonda keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib və Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da şəhid ailələrinə, müharibə iştirakçılarına və xalqımıza böyük Qələbənin sevincini yaşadan döyüşçülərimizə diqqət və qayğının artırılmasında, rəşadətli Ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini əsgirəməyəcəklərini bildirib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən, rəşadətli Ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin Qələbəsini təmin etdiyini xüsusilə nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mühüm əhəmiyyəti barədə danışıb. Respublikamızı əhatə edəcək Zəfər Forumunun Bakı şəhərində uğurla başa çatacağına əminliyini bildirib.

Forumda çıxış edən Vətən müharibəsi iştirakçıları Xəyyam Əliyev (Qazax), Vüqar Əhmədov (Tovuz), Nəsib Səmədov (Ağstafa) və Etibar Əliyev (Gədəbəy) cəbhə xatirələrini bölüşərək dövlətimizin başçısı İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini, Müzəffər Ali Baş Komandanın çağırışlarına hər an hazır olduqlarını bəyan ediblər.

Müharibə qaziləri fəxri kürsüyə dəvət edilib və onların şərəfinə yazılan “Yol verin, Qazi gəlir!” adlı vətənpərvərlik mahnısı (sözləri A.Qurbaninin, musiqisi A.Zahidindir) Əməkdar artist Cahangir Qurbanovun ifasında təqdim olunub.

2016-cı il Aprel döyüşlərinin şəhidlərindən olan polkovnik Vüqar Yusifovun atası Nurəddin Yusifov (Şəmkir) oğlunun timsalında bütün şəhidlərimizin intiqamının döyüş meydanında alındığını, bu möhtəşəm Qələbənin məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində, ulu öndər Heydər Əliyevlə başlanan müstəqil Azərbaycanın ordu quruculuğunda həyata keçirdiyi möhtəşəm layihələrin sayəsində mümkün olduğunu qürur hissi ilə qeyd edib.

Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Hüseynov çıxış edərək Zəfər Gününü bu il də Qələbə əhval-ruhiyyəsi ilə qarşıladığını, Birinci Qarabağ müharibəsində övladının şəhid olmasına baxmayaraq, sazının hələ də susmadığını, müharibə ərəfəsində, müharibənin gedişində və bu gün də Azərbaycan əsgərini “Cəngi”, “Misiri” aşıq havaları ilə döyüşlərə, Qələbəyə ruhlandırdığını deyib və “Ruhani” saz havası ilə forum iştirakçılarına duyğulu anlar yaşadıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Şuşada möhtərəm Prezidentimizin iştirak etdiyi “Vaqif Poeziya Günü” çərçivəsində keçirilən tədbirləri yada salıb və azad edilən 270 yaşlı Şuşamızda yazdığı “Zəfərə yol açan igid oğullar” şeirini oxuyub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə forum iştirakçılarının müraciəti yekdilliklə qəbul olunub.

Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı videoçarxların müşayiəti ilə təqdim etdiyi “Zəfər suitası”, hərbi marş və vətənpərvərlik nəğmələri forum iştirakçılarının Qələbə əhval-ruhiyyəsini daha da artırıb.

Ağstafa şəhərində keçirilən Zəfər Forumunun iştirakçılarını yüksək səviyyədə qəbul etdiyinə görə “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyinə, o cümlədən forumun keçirildiyi məkanların yüksək səviyyədə bədii tərtibatı üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə təşkilatçılar adından minnətdarlıq edilib.

“Müzəffər Ordumuz” mahnısının ifası və Zəfər bayrağının alqışlar altında növbəti forum keçiriləcəyi Qusar rayonuna yola salınması ilə forum başa çatıb.

Zəfər Forumu davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib