ELM VƏ TƏHSİL


Zəfər Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı başlayır

Bakı, 27 oktyabr, AZƏRTAC

Heydər Əliyev Mərkəzində keçiriləcək növbəti bilik yarışına hazırlıqlar başlayıb. “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak edən 40-dan çox ali təhsil müəssisəsinin tələbələrindən ibarət komandalar bu gündən etibarən Heydər Əliyev Muzeyində olaraq ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycan tarixinə dair mövzular üzrə araşdırma aparmaqla müsabiqəyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, builki “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışının əsas mövzusu Vətən müharibəsi və şanlı zəfər tarixinə həsr olunub. Noyabrın 12-də Heydər Əliyev Mərkəzində təşkil olunacaq yarışın son günündə komandalar arasından 3 qalib seçiləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında 2014-cü ildən etibarən keçirilən bilik yarışı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, dahi rəhbərin irsinin yaşadılması ilə yanaşı, gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır.

Bugünədək keçirilən yarışların qaliblərini bir daha təqdim edirik:

“Heydər Əliyev və Azərbaycan tarixi” I ümumrespublika bilik yarışı

12 noyabr 2014-cü il

İştirakçı: 44 ali məktəbin komandası

Qaliblər:

I yer – Bakı Slavyan Universiteti

II yer – Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası

III yer – Lənkəran Dövlət Universiteti

***

“Heydər Əliyev və Azərbaycan tarixi” II ümumrespublika bilik yarışı

10 noyabr 2015-ci il

İştirakçı: 46 ali məktəbin komandası

Qaliblər:

I yer – Qafqaz Universiteti

II yer – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası

III yer – Lənkəran Dövlət Universiteti

***

“Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı

8 noyabr 2016-cı il

İştirakçı: 42 ali məktəbin komandası

Qaliblər:

I yer – Azərbaycan Dövlət İqtisad Universiteti

II yer – Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyası

III yer – Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

***

“Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı

11 noyabr 2017-ci il

İştirakçı: 44 ali məktəbin komandası

Qaliblər:

I yer – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası

II yer – Azərbaycan Dövlət Aqrar Universiteti

III yer – Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

****

“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı

18 oktyabr 2018-ci il

İştirakçı: 47 ali məktəbin komandası

Qaliblər:

I yer – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası

II yer – Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

III yer – Daxili İşlər Nazirliyinin Polis Akademiyası

****

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

12 noyabr 2019-ci il

İştirakçı: 48 ali məktəbin komandası

Qaliblər:

I yer – Daxili İşlər Nazirliyinin Polis Akademiyası

II yer – Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

III yer – Dövlət Sərhəd Xidməti Akademiyası.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.