CƏMİYYƏT
“Zəfər Liqası” 2022 futbol turnirinə start verilir
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Gənclər Fondu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllüləri arasında 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş "Zəfər Liqası" 2022 futbol turnirinə start verilir.
AZƏRTAC Azərbaycan Könüllü Təşkilatları İttifaqının saytına istinadla xəbər verir ki, turnirdə İttifaqa üzv təşkilatları təmsil edən könüllülərdən ibarət komandalar mübarizə aparacaq.
Liqada iştirak etmək istəyən komandalar oktyabrın 24-dək [email protected] e-mail ünvanına müraciət məktublarını göndərə bilərlər.
Qalib komandalar kubok, medal və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.