İDMAN
“Zəfər Liqası” turnirinin püşkü atılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
AFFA-nın təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunan futbol üzrə “Zəfər Liqası”nın püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak ediblər.
8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində Azərbaycanın 12 Könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaq. Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.