MƏDƏNİYYƏT


“Zəfər – 44” uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat davam edir

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “Zəfər – 44” adlı uşaq rəsm yaradıcılıq turnirinə əsər qəbulu davam edir.

AZƏRTAC xəbər verir ki, 10-21 yaşarası uşaq, yeniyetmə və gənclər sentyabrın 30-dək iştirak anketlərini tamamlayıb, Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) yerləşdirməklə, turnirin iştirakçısı ola bilərlər. İştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Plenerlər hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində keçiriləcək. Hər uşaq yalnız bir dəfə qoşula bilər. Müsabiqədə, həmçinin xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Sərgilənəcək əsərlər geri qaytarılmır. İştirakçı ən az 72 saat öncə iştirakçı cədvəlindəki gününü dəyişmə haqqına sahibdir. Hər plenerin sonunda yekun sərgi üçün ilkin seçim aparılacaq. İlkin seçilmiş əsərlər arasından ən yaxşı 44 əsər sərgilənmək üçün seçiləcək. Əsəri sərgilənəcək uşaqların siyahısı və turnirin bağlanış tarixi haqda ayrıca məlumat veriləcək. Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq .

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnir Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.