MƏDƏNİYYƏT


“Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi sona çatıb

Bakı, 10 sentyabr, AZƏRTAC

“Azərxalça” ASC-nin gənclər üçün elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi artıq sona çatıb.

AZƏRTAC xəbər verir ki, müraciət edən çoxsaylı gənclər sırasından yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb. Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər tərəfindən iki mərhələli – həm nəzəri, həm də praktik yöndə təlimlər keçiriləcək. Qalib gənclərlə birlikdə “Zəfər” kolleksiyası hazırlanacaq.

Xatırladaq ki, təlimçilər sırasında Eldar Mikayılzadə, Şirin Məlikova, Çingiz Babayev, Məmmədhüseyn Hüseynov kimi yerli, professorlar Karim Mirzaee, Ali Nasir kimi xarici tanınmış incəsənət xadimləri var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.