REGİONLAR
Zəfər yolunun avqust ayında istifadəyə verilməsi planlaşdırılır
Füzuli, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Zəfər yolunun keçdiyi ərazi minalardan tam təmizlənib. Şuşaya gedən yolun avqust ayında istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı İlham Süleymanov bildirib.
O qeyd edib ki, Şuşaya hazırda 2 yol çəkilir. Onlardan biri Əhmədbəyli-Füzuli-Şuşa yolu, digəri isə Zəfər yoludur. Əhmədbəyli-Füzuli-Şuşa yolu 84,6, Zəfər yolu isə 101,5 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa yolunun 51 kilometri 6 zolaqlı, qalanı isə 4 zolaqlıdır. Zəfər yolu isə 2 zolaqlıdır.
Zəfər yolunun keçdiyi ərazinin minadan təmizləndiyini bildirən İ.Süleymanov deyib ki, yolun üzərində 4 körpü var. Füzuli rayonunun Şəkərcik ərazisində olan körpü yolötürücü rolunu oynayacaq.