REGİONLAR


“Zəfərə aparan ideya” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Lənkəran, 8 dekabr, İlkin Adıyev, AZƏRTAC

Respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə “Zəfərə aparan ideya” adlı layihə müsabiqəsi keçirilib. Müsabiqə yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyəti nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda müsabiqədə uğur qazanan layihə müəlliflərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Şəhidlər Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzülüb.

Çıxışlarda bildirilib ki, müsabiqənin məqsədi uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaqların intellektual inkişafının stimullaşdırılması, sərbəst düşünmə və problem həlletmə qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunması məqsədi daşıyıb.

Respublika üzrə 14-18 yaş qrupları arasında keçirilən müsabiqə ilə əlaqədar Cənub zonasından, ümumilikdə, 98 uşağın müraciəti qeydə alınıb. Səsvermə yolu ilə 10 ən kreativ layihənin müəllifi qalib elan edilib.

Kreativ yanaşma tərzinə görə fərqlənən layihələrin müəlliflərinə diplom, planşet və digər hədiyyələr təqdim olunub.

Bədii hissədə şagirdlərin ifasında “Xudayar” təsnifi səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.