CƏMİYYƏT


“Zəfərim Qarabağ” mövzusunda videokonfrans keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Gənclik Platformasının (AGP) təşkilatçılığı ilə "Zəfərim Qarabağ" mövzusunda videokonfrans keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı qeyri-humanist davranışı, dövlət səviyyəsində terrorçu siyasət həyata keçirməsi, rəsmi İrəvana beynəlxalq səviyyədə təzyiqlərin artırılması, Azərbaycanın haqq səsinin Fransanın siyasi dairələrinin və yerli ictimaiyyətinin nəzərinə çatdırılması üçün diaspor təşkilatlarının fəaliyyəti, bu sahədə işlərin genişləndirilməsi, soydaşlarımızın Fransa parlamentində təmsil olunması, gənc nəslin Azərbaycanın və türk dünyasının tarixini dərindən bilməsi, xaricdə yaşayan gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi barədə danışıblar.

Qeyd edilib ki, Azərbaycanın gələcəyi əmin əllərdədir və Qarabağda qazanılan parlaq Zəfər bütün türk dünyasının gücünü daha da artırıb. Bunu qədim Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi də təsdiqləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.