REGİONLAR


Zəkəriya Bingöl: Naxçıvan beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır

Naxçıvan, 30 iyun, AZƏRTAC

Bir neçə dəfə Naxçıvanda olmuşam. Burada keçirilən festival və tədbirlərdə iştirak etmişəm. Deyə bilərəm ki, bu qədim diyar beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkandır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin iştirakçısı, Türkiyənin Marmaris Turizm Məslək Yüksəkokulunun müdiri Zəkəriya Bingöl deyib.

“III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Naxçıvanda keçirilməsi qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və eyni zamanda Azərbaycan Respublikasının Gənclər Paytaxtı seçilməsi tədbirin burada keçirilməsinə səbəb olan əsas amillərdir” – deyən Z.Bingöl vurğulayıb ki, konqresin yüksək səviyyədə keçirilməsi üçün Naxçıvanda hər cür şərait yaradılıb.

Muxtar respublikanın bir çox gəzməli-görməli yerlərində olduqlarını, Naxçıvanın qədim tarixi və mədəni abidələrinin, ecazkar təbiətinin, buradakı səliqə-sahmanın onlarda xoş təəssüratlar yaratdığını qeyd edən Zəkəriya Bingöl deyib: “Ümidvaram ki, III Beynəlxalq Gənclik Araşdırmalar Konqresi kimi yüksək səviyyəli tədbirlər gələcəkdə daha tez-tez keçiriləcək və iki qardaş ölkənin sıx əməkdaşlığı bundan sonra da davam etdiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.