DÜNYA


Zelenski: Baxmutun itirilməsi kompromislər üçün təzyiqə səbəb ola bilər

Zelenski: Baxmutun itirilməsi kompromislər üçün təzyiqə səbəb ola bilər

Kiyev, 29 mart, AZƏRTAC

Baxmutun müdafiəsi Ukrayna üçün hərbi və siyasi baxımdan vacibdir. Çünki şəhərin itirilməsi kompromislər tapmaq üçün təzyiqə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Associated Press agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Baxmut itiriləcəyi təqdirdə Vladimir Putin bu “qələbədən” şübhəsiz ki, öz maraqları üçün istifadə edəcək.

Zelenski güman edir ki, Baxmut məğlubiyyətinin təzyiqi həm beynəlxalq ictimaiyyət tərəfindən, həm də Ukrayna daxilində sürətlə baş verəcək. "Cəmiyyətimiz özünü yorğun hiss edəcək. Cəmiyyətimiz məni onlarla güzəştə getməyə sövq edəcək", - deyə dövlət başçısı vurğulayıb.

Prezident əlavə edib ki, hazırda nə tərəfdaşlar, nə də ukraynalılar tərəfindən belə təzyiqlərlə üzləşmir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.