DÜNYA


Zelenski Ukraynanın Ərazi Müdafiə Qüvvələrinə yeni komandan təyin edib

Bakı, 16 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Ərazi Müdafiə Qüvvələrinin komandanını dəyişib.

AZƏRTAC Strana.ua saytına istinadla xəbər verir ki, bu vəzifəyə general-mayor İqor Tansyura təyin olunub. O, bu postda Yuri Qaluşkini əvəz edib.

Ərazi Müdafiə Qüvvələrinin komandanını İqor Tansyura yeni vəzifəyə təyin edilənə qədər Ukrayna Quru Qoşunlarının qərargah rəisi vəzifəsində çalışıb. O, “Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və fədakarlığa, həmçinin hərbi anda sədaqətinə görə” III dərəcəli Boqdan Xmelnitski ordeni ilə təltif olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.