DÜNYA


Zelenski hesab edir ki, Vatikan Putinlə görüş üçün ideal məkandır

Bakı, 28 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüş üçün Vatikanı ən ideal yer hesab edir.

AZƏRTAC xəbər verir ki, Vladimir Zelenski bu barədə “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Müqəddəs taxt Donbasda sülhün bərqərar olması üzrə dialoq üçün ideal məkan ola bilər”, - deyə Ukrayna Prezidenti bildirib. O, həmçinin Rusiya lideri ilə görüşün mütləq baş tutacağına əminliyini ifadə edərək deyib: “Bu görüş Donbasda müharibənin dayandırılması və sülh prosesinin başa çatdırılması üçün vacibdir”.

Ukrayna Prezidentinin sözlərinə görə, Vatikan digər dünya oyunçularından mənəvi qüvvə olaraq qalması, həmçinin hərbi, siyasi və iqtisadi maraqlarının olmaması ilə fərqlənir, eyni zamanda, tərəfsiz ölkə kimi davranır.

“Görüş yeri hər iki tərəfdə inam hissi yaratmalıdır. Bu, yalnız o zaman effektiv olacaq və biz sözün əsl mənasında mahiyyət üzrə danışıq apara biləcəyik”, - deyə Vladimir Zelenski əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.