REGİONLAR


Zəlzələ Ağsunun şimal dağ kəndlərində də fəsadlar törədib

Ağsu, 6 fevral, AZƏRTAC

Fevralın 5-i gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayıllı istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ Ağsu rayonunun şimal dağlıq ərazisində, Şamaxı və İsmayıllı rayonları ilə sərhəd kəndlər olan Kalva və Dilman yaşayış məntəqələrində də fəsadlara səbəb olub.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağıntılar olub. Keçirilən baxış zamanı bu cür 35-dən çox bina müəyyənləşdirilib.

Hazırda yuxarı dağ kəndlərində araşdırmalar davam etdirilir, dəyən zərər müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.