ELM VƏ TƏHSİL


Zəlzələ nəticəsində İsmayıllıda bir, Şamaxıda isə dörd məktəbdə çatlar əmələ gəlib

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar yaranıb.

Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər.

Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.