DÜNYA


Zəlzələdən qurtulmaq üçün “uçan” evlər

Bakı, 27 aprel, AZƏRTAC

Yaponiyanın “Air Danshin Systems” dizayn şirkətinin mütəxəssisləri təbii fəlakətlərin, o cümlədən zəlzələlərin nəticələrinin qarşısını almaq üçün “uçan” evlərin layihəsini təqdim ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, yapon ixtiraçıları bütün binanı yerdən qaldıran xüsusi hava yastıqlarını tətbiq etməyə müvəffəq olublar. Belə ki, bina ilə təməl arasında hava yastığı, seysmik sensorlar və təzyiq kompressoru yerləşir.

Yer qabığında baş verən ən kiçik titrəyişlər zamanı belə, təhlükəsizlik sistemi işə salınır və bir neçə saniyə içində yastıq hava ilə dolaraq evi yerdən yuxarı qaldırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.