İDMAN


Zemfira Meftahətdinova: Azərbaycan idmançılarının qazandıqları uğurların təməlində dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı dayanır

Zemfira Meftahətdinova: Azərbaycan idmançılarının qazandıqları uğurların təməlində dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı dayanır

Bakı, 10 aprel, AZƏRTAC

Güləş üzrə milli komandalarımız Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin qitə birinciliyinin ardınca Macarıstanda təşkil edilən böyüklərin Avropa çempionatında da tarixi qələbəyə imza atıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli yığmalarımızın komanda hesabında Avropa çempionu adına layiq görülməsi böyük nailiyyətdir. Azərbaycan idmançılarının qazandıqları uğurların təməlində dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı dayanır. Bu günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Macarıstanda təşkil edilən böyüklərin Avropa çempionatında tarixi qələbəyə imza atan güləşçilərimizi qəbul etməsi idmançılarımız üçün çox böyük stimuldur və gələcəkdə daha böyük qələbələrin əldə edilməsi üçün zəmin hazırlayır. Prezident İlham Əliyev gənclərə dərin etimad bəsləyir və bu etimad bütün sahələrdə özünü doğruldur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova bildirib.

Vətən sevgisinin qələbəyə ruhlandıran əsas amillərdən biri olduğunu qeyd edən Z.Meftahətdinova bildirib ki, idmançılarımız hər dəfə yüksək nəticə əldə edəndə beynəlxalq arenalarda bayrağımız ucalır, Azərbaycanın Dövlət Himni səsləndirilir: “Ulu Öndər Heydər Əliyevin əsas məqsədi ölkənin gələcəyinə töhfə verəcək hərtərəfli inkişaf etmiş yeni nəsil tərbiyə etmək idi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində fiziki və mənəvi cəhətdən güclü olan yeni nəsil yetişib. Ötən illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar nümayiş etdirdilər. Onlar Vətən yolunda canlarını qurban verməkdən belə çəkinmədilər. İdmançılarımızda vətənpərvərliyi onların nüfuzlu yarışlarda çıxışı zamanı görürük, qəlbən hiss edirik. İdmançılarımızın əldə etdikləri böyük qələbələr xalqımıza qürur hissi yaşadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.