Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Zəngəzur dəhlizi məsələsində ziddiyyətlərin mahiyyəti barədə, yaxud prosesi ləngidən nədir?

Bakı, 16 oktyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Vətən müharibəsi nəticəsi olaraq Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat iki dövlətin tarixində postmünaqişə dövrünə yol açdı. Sülh prosesinin başlıca istiqamətlərindən biri regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır və bu məsələ hələ də həllini tapmayıb. Laçın dəhlizi ilə bağlı heç vaxt ciddi ziddiyyətlər yaranmasa və Laçın rayon mərkəzi yaxınlığından keçən yeni yolun istismarı vaxtından əvvəl baş tutsa da (suriyalı və livanlı köçkünlərin itirdikləri “doğma vətənləri Berdzor”la bağlı Ermənistandaxili isteriya nəzərə alınmazsa), əslində, üçtərəfli Bəyanatın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının qərb rayonları arasında nəqliyyat yollarının bərpasını nəzərdə tutan 9-cu maddəsi əvvəlki kimi bəzi mübahisələr yaradır və bu məsələ açıq qalır.

Aydındır ki, müharibədən dərhal sonra və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan müddəaların praktiki icrası məqsədilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri və Rusiya Federasiyası hökuməti sədrinin müavininin həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılıb. Yolların açılması mövzusu Azərbaycan və Ermənistanın dövlət başçıları arasında müxtəlif vasitəçilərin iştirakı ilə aparılan birbaşa danışıqlarda da əsas müzakirə mövzusudur. Qeyd etmək yerinə düşər ki, bütün bu görüşlər qapalı keçib və keçirilir, bu səbəbdən də ekspert cəmiyyəti danışıqların bilavasitə iştirakçılarının ictimaiyyətlə bölüşməyi lazım bildikləri yalnız həmin məhdudlaşdırılmış informasiya əsasında təhlil apara və model yarada bilirlər.

Bununla əlaqədar qeyd etmək vacibdir ki, danışıqlar prosesinin iki ilə yaxın dövrü ərzində Azərbaycan tərəfinin bağlı qapılar arxasından sızıb keçən məlumatı öz həcminə görə çox az olsa da, bir dəfə də olsun bir-birinə zidd olmayıb. Daha gec daxil olan məlumat ondan əvvəlki ilə ziddiyyət təşkil etməyib, onu təkzib etməyib. Bunu yadda saxlamaq çox mühümdür, çünki bunu anlamaq o faktı izah edir ki, niyə ekspert cəmiyyətlərində müzakirələr bağlı qapılar arxasında danışıqlar masasına başçılıq edən kontentlə heç də həmişə üst-üstə düşməyən müxtəlif istiqamətlərdə gedə bilirdi. Məhz bunun başa düşülməsi bir çox sualları kənarlaşdırır. Yadda saxlamaq lazımdır ki, ilk gündən bütün söhbətlər eyni və ardıcıl məcrada gedirdi və hər halda Azərbaycan tərəfinin əvvəlki mövqelərdən uzaqlaşma kimi heç bir niyyəti yox idi. Əvvəldən bizim bir məqsədimiz olub və biz əminliklə ona doğru gedirik.

Eyni zamanda, erməni tərəfi danışıqlarda özünün geri çəkilməsini və uğursuzluğunu gizlətməkdən ötrü tez-tez cəmiyyətə heç vaxt müzakirə predmeti olmayan mövzular təqdim edirdi. Sonra isə birdən-birə camaat qarşısında onları təkzib edir və hər şeyi elə şəkildə təqdim edir ki, guya o, hansısa “mövqe”ləri qorumağa müvəffəq olub, o mövqeləri ki, onlara heç toxunulmayıb da. Erməni tərəfi çoxdanışan idi, lakin bədbəxtlik də ondadır ki, o, danışıqlar masası arxasında dediklərindən danışmırdı. Həddən artıq məlumat çatışmazlığı şəraitində ekspert cəmiyyətinin danışıqların gedişi barədə heç də həmişə real mövzunu tamamilə əks etdirən təsəvvürü yaranmır və erməni tərəfi bundan istifadə edirdi.

Bunu anlamaq üçün biz sadə, lakin olduqca səciyyəvi misal çəkəcəyik. İki ilə yaxın müddət ərzində danışıqlarda iştirak edən Azərbaycan rəhbərliyi “eksterritoriallıq” sözünü dilə gətirmədi. Əgər Prezidentin, onun köməkçisinin, hökumət üzvlərinin və başqa rəsmi şəxslərin bütün çıxışları nəzərdən keçirilsə, bu sözü tapmaq mümkün deyil. Onların çıxışlarının heç birində Ermənistandan öz yolları üzərində onun suverenliyinin dərəcəsini azaltmaq kimi eyhamı gözlədiklərinə rast gəlmək mümkün deyil. Bakı belə tələbləri heç vaxt irəli sürməyib. Ermənistanın hakimiyyətpərəst mənbələri, bəzi hallarda şəxsən baş nazir Paşinyan da dəfələrlə bəyan ediblər ki, guya onların ölkəsi nəsə bir “eksterritoriallığı” nəzərdə tutan hansısa bədnam “dəhliz məntiqi”nə heç vaxt razı olmayacaq, eyni zamanda, bu əsasda danışıqlar, ümumiyyətlə, heç vaxt aparılmayıb. Onlar belə açıq bəyanatlarla o niyyətlə çıxış ediblər ki, sonradan cəmiyyətə suverenliyin qorunub saxlanmasını öz “qələbə”ləri kimi təqdim etsinlər və aşağıda xatırladacağımız ən əsas əngəldən diqqəti yayındırsınlar.

Erməni tərəfi ilk gündən “dəhliz” sözündən yapışıb və bu sözə özünün “erməni” anlamını əlavə edib. Erməni tərəfi təkcə öz cəmiyyətini deyil, həm də qeyri-erməni olmayan ekspertləri tamamilə yalan stereotipə yoluxdurub ki, guya dəhliz “keçid həyəti” və “suverenlikdən imtina” deməkdir. O, bu sözə öz fikrini əlavə etməklə, Laçın yolunda qüvvədə olan (hələ ki), məlum olduğu kimi, dəhliz adlandırılan rejimdən çıxış edirdi. İndi ona elə gəlir ki, əgər bu yolu “Laçın dəhlizi” adlandırırlarsa, o halda yerdə qalan bütün dəhlizlər məhz bu cür olmalıdır. Madam ki, üçtərəfli Bəyanatın 9-cu maddəsində, eyni zamanda, Laçın hissəsi üzrə adıçəkilən “dəhliz” sözü yoxdursa, deməli, rejimlər “müxtəlif” olmalıdır. Azərbaycan Prezidenti bu stereotipi ötən ilin dekabrında, NATO-nun mənzil-qərargahında mətbuat qarşısında çıxışı zamanı “Azadlıq Radiosu”nun müxbirinin sualına özünün yığcam cavabı ilə aradan qaldırdı, ilk dəfə o vaxt hər iki yolun necə adlandırılmasından asılı olmayaraq, bu yollarda rejimin şəffaflığı barədə bəyan etdi. Bununla belə, onu da yadda saxlamaq lazımdır ki, o vaxt Prezidentin dediyi kimi, bu iki imkandan hər biri, - istər gömrüklü, istər gömrüksüz olsun, - bizim ölkəni qane edir.

Beləliklə, Prezident bir ifadəsi ilə bütün dünyaya və bizə, ekspert ictimaiyyətinə başa saldı ki, heç bir “dəhliz məntiqi” mövcud deyil və bir halda “dəhliz” sözü varsa, digər halda yoxdursa, bu, prinsipcə əhəmiyyət kəsb etmir. Mahiyyət terminologiyada deyil, hər iki yolda/dəhlizdə rejimlərin identikliyini nəzərdə tutan məzmundadır. Əgər Prezident o vaxt bu suala aydınlıq gətirməsəydi, Paşinyanın komandası ehtimal ki, cəmiyyəti “dəhliz” və “eksterritoriallıq” terminləri ətrafında abstrakt mühakimələrlə axmaq yerinə qoymaqda davam edərdi.

Lakin o, bunu bu gün də etməyə çalışır, özü də tamamilə qeyri-səmimi. Çünki o, MDB məkanında beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən TRASEKA marşrutunun, Şimal-Cənub dəhlizi və digərlərinin necə işlədiyini çox yaxşı bilir. Onların hamısı nəqliyyat dəhlizləridir. Lakin onların hansında hələ ki, Laçın yolunda olan rejim fəaliyyət göstərir? Ermənistan rəhbərliyinə çox yaxşı məlumdur ki, nəqliyyat dəhlizi – daşınmanın təşviqində xərcləri və daşınma müddətini azaltmaqdan ötrü razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət aparan bir neçə ölkənin ərazisindən keçən kommunikasiya marşrutudur. Bununla yanaşı, bu ölkələrin suverenliyi məhdudlaşdırılmır və tapdalanmır. Təbii ki, MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin razılaşdırılmış inkişafı haqqında Sazişin, digər analoji çoxtərəfli və ikitərəfli sənədlərin iştirakçısı kimi Ermənistana da belə nəqliyyat dəhlizi anlamı yaxşı tanışdır. Cəmiyyətə bağlı qapılar arxasında müzakirə olunmayan mövzular ötürən, daha sonra daxili auditoriyasına özünün “qələbəsi” kimi aşkar məlumatlar satan Ermənistan rəhbərliyinin qeyri-səmimiliyinin əsas mətləbi də məhz bundadır.

Bədnam “eksterritoriallıq”la belədir. Üçtərəfli İşçi qrupu çərçivəsində dəfələrlə izah edilib ki, nəqliyyat dəhlizi eksterritoriallıq prinsipinin tətbiqini nəzərdə tutmur. Lakin Ermənistan rəhbərliyi ictimaiyyətə dəfələrlə bəyan edib ki, o, “buna qarşıdır”. Nəyə qarşıdır? Müzakirə olunmayan hansısa məsələyə? Məlumdur ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat yollarına nəzarəti RF Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları icra edəcəklər. Həmin o RF FTX ki, hələ 1992-ci ildə müvafiq ikitərəfli sazişə əsasən analoji funksiyanı yerinə yetirməkdən ötrü Yerevana göndərilmişdi. Məgər o vaxt Ermənistanda kimsə suverenliyin tapdanması barədə danışıbmı? Hiddətlənibmi? Axı yox!

Paşinyanın komandası pafosla deyəndə ki, bərpa olunan və tikilən nəqliyyat infrastrukturu obyektləri bu yolların keçdiyi ərazilərə sahib ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir, o zaman onlardan soruşmaq istəyirsən ki, “bəs danışıqlarda bu, şübhə altına alınmışdı?”.

Cəmiyyətə danışıqların mövzuları olmayan sualları atmaqla və bununla da ictimai müzakirələri yanlış istiqamətə yönəltməklə Ermənistan real, ehtimal ki, yeganə saxlanan ziddiyyəti – avtomobil yolu marşrutunu gizlədir. Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə optimal marşrutun Ermənistan tərəfindən təqdim edilməməsi bu gün danışıqlar prosesinin uzanmasının və əngəlin başlıca səbəbidir. “Dəhliz” və “eksterritoriallıq” terminlərindən öz xeyri üçün istifadə etməklə, Paşinyan komandası danışıqlar prosesini ləngidir, optimal marşrut təqdim etmir və faktiki olaraq, üçtərəfli Bəyanat üzrə öz öhdəliklərini yerinə yetirmir. Yerevanın barəsində elan etdiyi həmin üç keçid-nəzarət məntəqəsi qəbuledilməzdir. Xəritəyə baxsaq, onların Naxçıvandan nə qədər uzaqda olmasını görmək kifayət edər. Digər tərəfdən, üçtərəfli Bəyanata görə hərəkətin təhlükəsizliyinə nəzarəti RF FTX-nin Sərhəd Xidməti həyata keçirəcəyi halda, onları bütün ölkəyə səpələmək əvəzinə daha qısa, bir marşrutda cəmləmək məntiqə uyğun deyilmi?

Azərbaycan Prezidenti əzmkarlıqla xəbərdar edir ki, Ermənistan istəsə də, istəməsə də biz öz məqsədimizə nail olacaq və dəhliz açacağıq. O, cəmiyyətə və bütün dünyaya açıq-aşkar işarə göndərir: sərhədyanı Araz çayı boyunca Ağbənddən Ordubada ən qısa və daha optimal marşrut olacaq! Dəmir yolu əvvəllər də oradan keçirdi, SSRİ-nin möcudluğunun son illəri ərzində isə ümummilli lider Heydər Əliyevin səyləri sayəsində avtomobil yolu da çəkilib, həmin yol ki, Paşinyan bu gün onu bərpa etməyə müqavimət göstərir. Lakin o, başa düşməlidir ki, prosesin uzanması yaxşı heç nə vəd etmir. Yol olacaq! Onu isə Ermənistan çəkməli olacaq, eynilə Azərbaycan Laçın rayonu ərazisində öz vəsaiti hesabına yeni yol çəkdiyi kimi. Vaxt ilə gedir və Ermənistanın xeyrinə işləmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək