İQTİSADİYYAT


Zəngilanda 38 min hektara yaxın ərazidə torpaqların təyinatı üzrə uçot işləri aparılıb

Bakı, 4 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin aprel ayından indiyədək yay və qış otlaqlarında (örüş-otlaq sahələrində) Beyləqan rayonu üzrə 32 min 208 hektar, Bərdə rayonu üzrə 5233 hektar, Şəmkir rayonu üzrə 19 min 56 hektar, Ucar rayonu üzrə 5067 hektar, Samux rayonu üzrə 26 min 770 hektar ərazidə çöl torpaq tədqiqatı işləri yerinə yetirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu il ərzində daha 4 rayonun ərazisindəki dövlət torpaqlarında çöl torpaq tədqiqatı işlərinin aparılması planlaşdırılır.

İşğaldan azad olmuş Zəngilan rayonunda iyulun 1-dək 37 min 623 hektar ərazidə torpaqların təyinatı üzrə uçot işləri, 37 min 104 hektar sahədə torpaq tədqiqatı, 27 min 460 hektar sahədə geobotaniki tədqiqat işləri aparılıb. Bununla yanaşı, 3577 hektar ərazidən isə aqrokimyəvi analizlər aparmaq məqsədilə torpaq nümunələri götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.