Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirildi

Zəngilan, 2 iyun, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib. İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.

AZƏRTAC xəbər verir ki, İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib. Belə ki, məhv edilmiş yaşıllıqların bərpası məqsədilə həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 160 hektara yaxın sahədə 124 000 ədəd ağac tingi əkilmiş (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac, meliya, akasiya və s) və 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib. Yeni salınmış yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə Zəngilan şəhərinin girişində 55 hektar ərazidə damcılı suvarma sistemi qurulub və həmin yaşıllıqlara mütəmadi qaydada aqrotexniki xidmətlər göstərilir və suvarılması təmin olunur. Həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisinə buraxılmış 33 baş ceyranın hazırda izlənilməsi, monitorinqi aparılır. Bununla yanaşı Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına bu günədək 449 500 fərd, Suqovuşan və Xaçınçay su anbarlarına 450 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilikdə 900 minə qədər) buraxılıb. Nazirlik tərəfindən bu layihələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev öz təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm də iqtisadi cəhətdən, o cümlədən mədən sənayesi, kənd təsərrüfatı, logistika, alternativ enerji, turizm sahələrinin inkişafı üçün geniş imkanlara malik bir ərazi olduğunu qeyd etdi. Həmçinin həyata keçirilən infrastruktur layihələrinin, yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını “rahat yaşayış”, ”yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi yanaşmaların təşkil etdiyi və ekoloji məsələlərə xüsusi diqqət yetirildiyi qeyd olundu. Bununla yanaşı nümayəndəliyin ərazisində tikinti-söküntü tullantılarının səmərəli idarə olunması, karxanaların istismarı zamanı ətraf mühitin mühafizəsi məsələləri və son günlərdə aktuallaşan sel və daşqınların təbiətə, infrastruktur obyektlərinə, kənd təsərrüfatı sahələrinə təsirlərinin minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin, erkən xəbərdarlıq sisteminin tətbiqinin vacibliyi vurğulandı.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədar “Təmiz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazisində 3 ədəd müvəqqəti tullantı hücrəsi hazırlanmış və tullantıların zərərsizləşdirilməsi təşkil olunub. “Təmiz Şəhər” ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılıb və yerli sakinlər işlə təmin olunublar. Hazırda Ağalı kəndində məişət tullantılarının gündəlik daşınması üçün 8 meydançada 35 konteyner yerləşdirilib. Zəngilan poliqonunda hazırlanmış müvəqqəti tullantı hücrələrində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilib.

İclasda aidiyyəti dövlət qurumlarının mütəxəssisləri ilə birgə Oxçuçayda aparılmış fiziki-kimyəvi və bioloji monitorinqlərin nəticələri əsasında hazırlanmış təkliflər barədə iştirakçılara məlumat verilib. Birgə monitorinqlər nəticəsində Oxçuçayın suyunun keyfiyyətinin nisbətən yaxşılaşdırılması və ondan müxtəlif sahələrdə istifadə üçün metodologiya işlənib hazırlanıb. Ətraf mühitin tarazlığını pozmayan, ekoloji təmiz, iqtisadi nöqteyi-nəzərdən çox səmərəli, mürəkkəb qurğuların quraşdırılmasını tələb etməyən, eyni zamanda, mövcud problemin tam və kompleks şəkildə həllinə imkan yaradan bu metodologiya Oxçuçayın ekoloji vəziyyətinin yaxşılaşdırılması onun məcrasının çirklənmiş dib çöküntülərindən təmizlənməsi, çayın suyundan içməli, texniki və suvarmada istifadəyə, həmçinin çayın rekreasiya və estetik funksiyalarının bərpasına nail olmağa imkan verəcək.

İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) Kiçik Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub.

Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisində yayılmış faydalı qazıntı yataqları barədə, eləcə də işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün bu ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə qaydaları barədə iştirakçılara məlumat verildi.

Bundan başqa İşçi Qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi layihələri, bu ərazilərdə mövcud olan meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlaşdırılan birgə tədbirlər, Zəngilan rayonunun biomüxtəlifliyinin tədqiqi üzrə aparılan monitorinqlər haqqında məlumat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Zaqatalada yol qəzasında piyada ölüb

Ceyhun Bayramov: Türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə olmaq vacibdir

Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan DİN: Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Qarabağ bölgəsində erməni silahlı birləşmələrindən müsadirə edilmiş döyüş texnikası, silah və sursatlar VİDEO

Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Ümumdünya Kosmos Həftəsi çərçivəsində müzakirələr keçiriləcək

® “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

Milli Məclisdə Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşa bilər

Prezident İlham Əliyev xalqa müraciətində Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı - Deputat

ISESCO-nun sabiq Baş direktoru antiterror tədbirlərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Nikol Paşinyan: Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb

Saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlara qarşı diqqətli olun – Xəbərdarlıq

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub

Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO

Binə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq

Sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsi

İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir

Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib

FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

Azərbaycanda ilk dəfə "EKO Səfir Qızlar" proqramına qəbul başlayır

Erməni silahlılarının Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi yaxınlığında tərk etdiyi döyüş mövqeyi VİDEO

Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı

Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır

“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün portal hazırlanır

Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub

Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV geri al” hesabına köçürüləcək

Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət edib

AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans keçirilib

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Ekspert: Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə dünyada yeni nümunə yaratdı

“Taxt Oyunları” kiber yarışına start verilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir - ŞƏRH

Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda çap olunub

Azərsu: İşğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb

Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

İtaliyalı jurnalist: Azərbaycan öz ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsində suverenliyini təsdiqlədi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında iştirak etmək istəyən hüquqşünaslara müraciət edib

Səkkiz ayda istehlakçılara 4,9 milyard kubmetr qaz satılıb

İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir

Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib

® “Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub

Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

® “Kapital Bank”ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutdu

Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO

Macarıstan telekanalının efirində Qarabağda lokal xarakterli antiterror tədbirlərindən danışılıb VİDEO

Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb

Şirvanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO