Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zəngilanda beynəlxalq hava limanı hissə və bölmələrimizin təminat və təchizatı baxımından mühüm rol oynayacaq

Zəngilanda beynəlxalq hava limanı hissə və bölmələrimizin təminat və təchizatı baxımından mühüm rol oynayacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

Vətən müharibəsinin 20-ci günündə qəhrəman Azərbaycan Ordusuzun Füzuli rayonunun mərkəzi ilə yanaşı, rayonun bir çox kəndinin Ermənistan ordusunun işğalından azad etməsi əks-hücum əməliyyatlarımızın daha geniş ərazilərdə, həm də paralel olaraq həyata keçirilməsi üçün münbit şərait yaratdı.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Hərbi ekspert bildirib ki, Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələrin endirilməsi və rayonun 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hududlarında əməliyyatlara başlaması üçün şərait yaratdı. Cəbrayıldan sonra Azərbaycan Ordusunun hücumlarını Araz boyunca deyil, Füzuli və Hadrut istiqamətində davam etdirməsi həm düşmənin strateji yüksəkliklərdən, həm də mühüm təminat və təchizat bazalarından məhrum edilməsi ilə nəticələndi.

Füzuli rayonunun işğaldan azad edilməsindən sonra Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri Araz çayı boyunca sürətlə irəliləyərək oktyabrın 18-də Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızı dalğalandırdı. Oktyabrın 18-də, 19-da və 20-də Azərbaycan Ordusu Cəbrayıl istiqamətində çox ağır döyüşlər keçirdi. Cəbrayıl rayonunun bir çox kəndləri işğaldan azad olundu. Rayonun Əmirvarlı və Soltanlı kəndlərinin azad edilməsində daha qanlı döyüşlər oldu. Düşmən həmin ərazidə kifayət qədər ciddi müqavimət göstərdi. Ermənistan ordusunun bu ərazilərdə möhkəmləndirilmiş müdafiə rayonları və uzun müddətli atəş nöqtələri mövcud idi. “Ohanyan” müdafiə xəttinin bir çox elementlərinin dəfələrlə təkrarlanmısına da bu ərazilərdə rast gəldik. Əmirvarlı və Soltanlı kəndlərinin düşmədən təmizlənməsi ilə ordumuz düşməni yenidən qruplaşmaya keçməyə imkan vermədi. Qarşı tərəf müdafiəsinin təşkili üçün zaman əldə edə bilmədi. Silahlı Qüvvələrimiz geri çəkilən Ermənistan ordusunun hissə və bölmələrinin təqibini davam etdirərək oktyabrın 20-də Zəngilan şəhərini, həmçinin rayonun bir neçə kəndini işğaldan azad etdi.

“Zəngilan rayonu işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət olub. Vətən müharibəsinin başlanması ilə Silahlı Qüvvələrimiz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan tam azad edildi. Zəngilan şəhərinin işğaldan azad edilməyən digər kəndləri - 30-a yaxın kəndi və 1 qəsəbəsi isə noyabrın 10-da qüvvəyə minən üçtərəfli birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarından təmizləndi və Azərbaycana qaytarıldı. Bu barədə bəyanatda heç nə yazılmayıb. Amma bunlar baş verən real proseslərdir. Anlaşılandır ki, bir səhifəlik bəyanatda əldə etdiyimiz uğurların bizə verəcəyi üstünlüklərin hamısını qeyd etmək mümkün deyildi”, - deyə hərbi ekspert əlavə edib.

Ə.Verdiyev bildirib ki, 27 il ərzində Ermənistan Zəngilanı işğal altında saxlamaqla həm bu və digər ərazilərdəki bütün təbii sərvətlərimizi talan edərək xarici ölkələrə ixrac edirdi. Əvvəl Cəbrayılın, sonra isə Zəngilanın azad edilməsi Azərbaycanın İran ilə sərhədlərinin bərpası ilə yanaşı, Qarabağdakı separatçı qurumun Araz üzərindən İran ilə ticarət münasibətlərinin qarşısının tam alınması ilə nəticəndi. Azərbaycan İran ilə sərhədlərini tamamilə bərpa etdi. Hazırda həmin ərazilərdə yeni qurulan hərbi hissələrimiz öz funksiyalarını uğurla həyata keçirirlər.

“Hazırda Zəngilan şəhərində Prezident İlham Əliyevin rayona səfəri zamanı təməl qoyulan beynəlxalq hava limanının inşası davam edir. Ümumiyyətlə Zəngilan rayonuna bütün istiqamətlərdə yeni magistral yollar çəkilir. Bu proseslər turizm və bölgənin inkişafında müsbət rol oynamaqla bərabər, həm də həmin ərazilərdə yerləşən hissə və bölmələrimizin təminat və təchizatında böyük əhəmiyyət daşıyacaq. Zəngilandakı hava limanına bütün növ təyyarələr, o cümlədən ağır hərbi yük təyyarələrinin qəbul edilməsi gözlənilir. İnşa edilən bu nəqliyyat infrastrukturu ümumilikdə şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının təhlükəsizliyinin təmin olunmasında və Silahlı Qüvvələrimizin mümkün əməliyyatlar zamanı manevr imkanlarının artırılmasında çox böyük əhəmiyyət daşıyacaq”, - deyə Ə.Verdiyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər