REGİONLAR


Zəngilanda tank və piyada əleyhinə minalar aşkarlanıb

Zəngilan, 4 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkarlanması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə , Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən orada partlamamış minalar aşkarlayıblar. Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman tank və piyada əleyhinə 7 ədəd mina və partladıcıları müəyyən olunub. Həmin partlayıcı vasitələrin təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.