CƏMİYYƏT


Zəngilanda yük avtomobilinin körpüdən aşması nəticəsində sürücü həlak olub

Bakı, 3 dekabr, AZƏRTAC

Zəngilan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının rayon ərazisindən keçən hissəsində körpüdən aşırıb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.