REGİONLAR


Zəngilanın Tarix-Diyarşünaslıq Muzeyində rayonun işğalının 25-ci ildönümü qeyd olunub

Sumqayıt, 29 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilanın Tarix-Diyarşünaslıq Muzeyində rayonun işğalının 25-ci ildönümünə həsr olunan tədbir keçirib.

İdarədən AZƏRTAC–a bildirilib ki, tədbirdə Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov rayonun işğal tarixi haqqında məlumat verib, xatirələrini bölüşüb.

Muzeyin direktoru Nərmin Fərəcova, əməkdaşlar Səfura Qocayeva və Rüxsarə Dünyamalıyevanın çıxışları dinlənilib.

Sonra “Ruhani” saz havasının müşayiəti ilə məktəblilərin ifasında şeirlər təqdim olunub. Zəngilan haqqında sənədli film nümayiş olunub.

Tədbir iştirakçıları, həmçinin Zəngilan rayonuna məxsus eksponatları əks etdirən sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.