Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Zəngin tarixi-mədəni irsi, geostrateji mövqeyi Naxçıvanın İslam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Bu gün geniş coğrafiyanı əhatə edən, çoxsaylı xalqları özündə birləşdirən İslam mədəniyyətinin daşıyıcısı olan ölkələr arasında zamanın tələbinə çevrilmiş həmrəyliyin, birliyin təmin olunması üçün önəmli layihələr reallaşdırılır. Həmin məsələlərdə təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikasında cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm tarixi əhəmiyyətə malik olmaqla bərabər, bu həmrəyliyin formalaşdırılmasına yönələn bir təşəbbüs kimi alqışlanıb. Bir neçə aydan sonra ölkəmiz qədim Naxçıvanın timsalında bu məsələdə özünün liderliyini daha da irəli aparacaq. Tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının yaranmasında önəmli rol oynayan qədim diyarımız həmin il daha bir mühüm tarixi missiyanı yerinə yetirəcək – Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı olacaq, güclü potensiala malik İslam dünyasının bir il ərzində qlobal arenada mədəniyyət bayraqdarı kimi çıxış edəcək.

Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsində bir sıra mühüm məqamlar əsaslı rol oynayıb. Həmin məqamların hər biri həm ayrılıqda, həm də ümumilikdə, əhəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini tamamlayır. Naxçıvan möcüzəsi də məhz budur: səbəblər zənciri möcüzəvi sinerji yaradır və dahilər yurdunu İslam mədəniyyətinin mərkəzinə çevirir. Onları sıralamaq o qədər asan olmasa da, tarixi proseslərə məhz xronoloji ardıcıllıqla diqqət yetirməklə bəzi məsələlərə aydınlıq gətirmək mümkündür. Naxçıvanı İslam mədəniyyətinin paytaxtına aparan yolda önəmli məqamlar isə, zənnimizcə, aşağıdakılardan ibarətdir:

Naxçıvan Nuh Peyğəmbərin yurdudur

Məlumdur ki, qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın, türk-İslam aləminin deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Dünya tufanı zamanı Nuh Peyğəmbər və ona iman gətirənlərin mindikləri gəminin Naxçıvanda quruya çıxması və insanların burada məskən salması dünya şöhrətli alimlərin araşdıraraq gəldikləri elmi nəticələrdə də öz əksini tapıb. Həmin hadisə barədə məlumatların müqəddəs “Qurani-Kərim” və “İncil”də mövcudluğu, həmçinin “Bilqamıs” dastanında və muxtar respublikanın Ordubad rayonunun ərazisində yerləşən Gəmiqaya qayaüstü yazı və rəsmlərində əks olunması bu reallığı göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamında bu məqamlar xüsusilə qeyd olunub. Naxçıvanın təbliği baxımından böyük əhəmiyyətə malik olan həmin sərəncamda deyilir: “Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb etmiş, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmış, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir.

Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir”.

Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan təkcə İslam aləmi üçün deyil, bütün dünya xalqları üçün bəşəriyyətin ikinci yaradılış yeri hesab edilir və bu, onu cazibə mərkəzinə çevirir. Məhz buna görə də bir çox ekspertlərin fikrincə, bu gün Naxçıvan İslam mədəniyyətinin paytaxtı adına layiq olmaqla yanaşı, həm də sivilizasiyalararası dialoqun ideal mərkəzi kimi çıxış etməyə, dünya mədəniyyətinin mərkəzi olmağa layiqdir.

Naxçıvan tarixən elm və mədəniyyət mərkəzi olub

Tarixçi alimlərimizin də qeyd etdiyi kimi, əsrlər boyu böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb. Tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx olub. Naxçıvanda hələ İslam dini yayılmamışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib.

Bu il iyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə deyib: “Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda İslam dini qəbul olunanaqədərki mədəniyyətin nümunələridir… 653-cü ildən sonra isə bu mədəniyyət İslam mədəniyyəti ilə vəhdətdə inkişaf etmişdir...”

Naxçıvan İslam dünyasına böyük alimlər bəxş edib, İslam memarlığı məktəbi yaradılıb

Bu diyarın şöhrət tapması, elm, mədəniyyət beşiyi hesab edilməsi həm də onun həmin sahələrin inkişafına əvəzsiz töhfələr verən elm xadimlərinin Vətəni olması ilə bağlıdır. İslam dini Azərbaycanda yayıldıqdan sonra Naxçıvanda İslam dünyasının üzünə böyük bir elm, mədəniyyət xəzinəsi də açılıb. Bu xəzinə birgə İslam mədəniyyətinin formalaşmasında lokomotiv rolunu oynayıb. Naxçıvanda İslam dininin qəbul edilməsindən sonrakı dövrdə bu diyar şairləri, elm xadimləri, filosofları, mütəfəkkirləri, sənətçiləri və məşhur mədəniyyət nümunələri ilə İslam dünyasının inkişafına əsaslı töhfələr verib. Deyilənləri təsdiq etmək üçün onlardan bir neçəsini vurğulamaq kifayətdir.

“Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşən Baba Nemətullah Naxçıvani İslam dininin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Nemətullah Naxçıvani məktəbi keçən din xadimləri İslam dünyasının dörd bir tərəfində bu dinin güclənməsində, cəhalətin qarşısının alınmasında əsaslı rol oynayıblar.

Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan Nəsirəddin Tusi də elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.

Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə türk-İslam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb. Onun Möminə xatun, Yusif Küseyir oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə güzgü tutur. Tədqiqatçıların fikrincə, Marağa abidələri Azərbaycan memarlığının Naxçıvan məktəbinin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. Bundan başqa, Yusif Küseyir oğlu türbəsi ilə Ərzincandakı Məlik Qazi türbəsi, Möminə xatın türbəsi ilə Konyadakı Qılınc Arslan türbəsi, Gülüstan türbəsi ilə Kayseri, Niğdə, Ərzurum və Amasya türbələri, Qarabağlar türbəsi ilə Sivasdakı Güdük Minarə eynilik təşkil edir. Bu da bir daha təsdiq edir ki, Memar Əcəmi tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi türk-İslam dünyası memarlığının inkişafına mühüm təsir göstərib.

Muxtar respublikada 211 məscid, 26 dini ziyarətgah var

Naxçıvan Muxtar Respublikasının ərazisində İslam mədəniyyətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. Bu mühüm maddi və eyni zamanda, mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən, peyğəmbər övladlarının dəfn olunduğu imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Hazırda qədim diyarın ərazisində üç imamzadə var. Bunlar muxtar respublikanın paytaxtında yerləşən Naxçıvan şəhər İmamzadəsi, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar kəndindəki (Parçı) imamzadələrdir. Onlardan ikisi yüksək səviyyədə bərpa edilib, digərində isə bərpa işləri davam etdirilir.

“Qurani-Kərim”də geniş bəhs olunan Nuh Peyğəmbərin şərəfinə yüz illərdən bəri Naxçıvan şəhərində türbə ucaldılıb. Dağılmış, sıradan çıxmış həmin türbə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində yenidən bərpa edilib. Müqəddəs kitabımızda adıçəkilən Əshabi-Kəhf ziyarətgahı da bu gün öz abadlığına görə yalnız İslamın yarandığı müqəddəs şəhərlərdəki ziyarətgahlarla müqayisə oluna bilər. Onu da qeyd edək ki, hazırda muxtar respublikada 211 məscid, 26 dini ziyarətgah var. Son 22 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Naxçıvanda 2000 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin inşası da davam etdirilir.

Vaxtilə muxtar respublikanın ərazisində inşa olunan zəngin tərtibatlı hamamlar da türk-İslam mədəniyyətinin mühüm nümunələrindən biridir. Bu gün həmin tarixi-memarlıq abidələri mədəniyyətimizin nadir inciləri sırasına daxil olunub. Naxçıvan şəhərindəki Dədə Qorqud meydanında yerləşən XVIII əsrə aid İsmayılxan hamamı, Şərur rayonunun Yengicə kəndindəki Yengicə hamamı, Kəngərli rayonunun Şahtaxtı kəndindəki hamam, habelə Ordubad rayonu ərazisində yerləşən Vənənd, Nüsnüs, Yuxarı Əylis, Düylün və digər kəndlərdəki hamamlar tarixi-memarlıq, eləcə də mədəni abidə kimi mühüm əhəmiyyət kəsb edir. Hazırda Yengicə hamamında bərpa işləri aparılır. Qeyd edək ki, Naxçıvanda inşası İslam dininin yayılmasından sonrakı dövrə təsadüf edən əksər tarixi abidələr restavrasiya olunub.

Bəli, Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır.

Paytaxt seçilmək üçün təkcə tarixi keçmiş deyil, həm də inkişaf perspektivləri, mövcud infrastruktur da əhəmiyyətli rol oynayır

İslam mədəniyyəti paytaxtının seçilməsində şəhərlərin tarixboyu mədəniyyətə, ədəbiyyata, elmə verdiyi dəyərlərlə yanaşı, həm də bundan sonrakı illərdə həmin sahələr üzrə verə biləcəyi töhfələr də xüsusilə diqqətə alınır. Yəni, təkcə keçmişdəki uğurlar İslam mədəniyyətinin paytaxtı olmağa kifayət etmir. Qeyd olunan keyfiyyətlərə malik şəhərlərin tarixi-mədəni varlığı üzərində qurulan bu günü də həmin məsələdə əsaslı rol oynayır. Çünki məqsəd İslam sivilizasiyasının dəyərlərinə əsaslanan bu günü və gələcəyi yaratmaqdır.

Layihəyə əsasən hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına, mükəmməl infrastruktura malik olmalıdır. Bu gün muxtar respublikada, o cümlədən Naxçıvan şəhərində həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu layihələri qədim diyarımızı cənnətməkana çevirib. Naxçıvan şəhərinin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşib. Bütün bunlar Naxçıvanın regionun ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.

Bu gün Naxçıvan şəhərində reallaşdırılan layihələr nəticəsində muxtar respublika paytaxtının müasir siması yaradılıb, şəhər sakinlərinin, qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulub, mövcud olanlar isə müasir səviyyədə abadlaşdırılıb. Bu qədim diyara gələn qonaqların, nüfuzlu alimlərin də qeyd etdiyi kimi, muxtar respublikanın paytaxtı qısa müddətdə əsaslı surətdə yenidən qurulub. Şəhərsalmada xüsusi diqqət yetirilən kərpic və şəbəkə elementləri burada Şərq memarlıq ənənələrini, şüşə və metal konstruksiyalardan istifadə isə Qərb inşaat texnologiyalarını üzvi vəhdətdə birləşdirir. Müasir Naxçıvan Şərq mühitinin özünəməxsus aurasını və qərbyönlü inkişafın əsas meyillərinin məcmusunu təcəssüm etdirir.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə İslam mədəniyyətinin paytaxtı olmağa layiq gözəl bir məkandır. Bu hadisə dünyanın ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Bütün bu amillərin hər biri 2018-ci ildə Naxçıvanın timsalında İslam aləminə, dünyaya təqdim ediləcək. Bu, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldəcək, ümumdünya ictimai mövqeyin formalaşmasına, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər