İDMAN


“Zenit” 6-cı dəfə Rusiya çempionu olub

Bakı, 5 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 4-də futbol üzrə Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, lider “Zenit” səfərdə “Krasnodar” klubunun qonağı olub. Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adı qazanıb.

Bu “Zenit”in tarixində 6-cı çempionluğudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.