İDMAN


“Zenit”in baş məşqçisi: Əminəm ki, azarkeşlər Bakıda olmaqdan böyük zövq alacaqlar

Moskva, 16 may, AZƏRTAC

2019-cu ilin Rusiya çempionu adını qazanmış “Zenit” klubunun baş məşqçisi Sergey Semak ümidvar olduğunu bildirib ki, britaniyalı azarkeşlər Bakıya gəlməkdən imtina etməyəcəklər, keçmiş SSRİ və Şərqi Avropa ölkələrinə stereotip münasibət isə tədricən dəyişəcək.

AZƏRTAC xəbər verir ki, S.Semak bu sözləri Rusiyanın “İnfo24” informasiya saytına müsahibəsində söyləyib. O deyib: “Bakı çox gözəldir, İçərişəhər əsrarəngizdir. Avropa Liqasının final oyunu üçün bu seçimi tamamilə dəstəkləyirəm! Uzaq məsafədə yerləşməsinə gəlincə isə ildə bir dəfə belə uzun məsafəni qət etmək çətin deyil. Əminəm ki, azarkeşlər Bakıda olmaqdan böyük zövq alacaqlar”.

Bunun yeni ölkələrlə tanış olmaq üçün yaxşı fürsət olduğunu vurğulayan tanınmış futbolçu deyib: “Moskvada da, Kiyevdə də finallar keçirilib. Belə çempionatlar başqa ölkələrlə tanış olmaq üçün gözəl imkan yaradır. Dünya çempionatının Rusiyada keçirilməsinə də bəziləri şübhə ilə yanaşırdı, amma çox yaxşı keçdi, azarkeşlərin çoxu özü üçün Rusiyanı kəşf etdi. Yeni ölkəni öz gözünlə görüb nəticə çıxarmaq daha məntiqlidir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.