REGİONLAR


Zərdab pambıqçıları ötən ilin eyni dövrü ilə müqayisədə 720 ton çox məhsul yığıblar

Zərdab, 14 dekabr, AZƏRTAC 

Zərdab pambıqçıları son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmindədirlər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək 4745 ton məhsul yığılıb. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 720 ton çoxdur.

Sahələrə gündə 350-400 işçi çıxır. Rayonun bütün ərazisində, xüsusilə daha çox pambıq əkilən Bəyimli qəsəbə, Şəftəhal, Şahhüseynli, Körpükənd və bir sıra digər ərazi vahidlərindəki tarlalarda məhsul heç də az deyil. Hər yerdə qüvvələr bu mühüm kampaniyanın uğurla başa çatdırılmasına səfərbər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.