CƏMİYYƏT


Zərdab rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Zərdab rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Dəliquşçu kənd sakini olan fermerə mobil telefonla zəng edərək yanında çoban işləyəcəyini vəd edərək dələduzluq yolu ilə 1150 manat məbləğində pul ələ keçirən şəxslər yaxalanıblar.

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasovu, Daşkəsən rayonunun Dəstəfur kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Mürsəlovu və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri, lakin hazırda işlədiyi fermerə borclu olduqları üçün onlardan müəyyən miqdara pul aldıqları müəyyən edilib.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayət törədib-törətməməsinin müəyyənləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.