CƏMİYYƏT


Zərdab rayonunda evində toy məclisi təşkil edən şəxs cərimələnib

Bakı, 6 dekabr, AZƏRTAC

Zərdab Rayon Polis Şöbəsi əməkdaşları karantin rejimi qaydalarının pozulduğu toy məclisinin keçirildiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı rayonun Məmmədqasımlı kəndində yerləşən fərdi evdə keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu müəyyənləşdirilib.

Qayda pozuntusu ilə əlaqədar ev sahibi U.Ağalarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.