CƏMİYYƏT


Zərdab rayonunda toy məclisi təşkil edən şəxs cərimələnib

Bakı, 4 dekabr, AZƏRTAC

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, yoxlamalar zamanı rayonun Qoruqbağı kəndindəki fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntusuna yol verən ev sahibi N.Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.