REGİONLAR


Zərdabda 6000 tondan çox pambıq yığılması gözlənilir

Zərdab, 21 avqust, AZƏRTAC

Zərdab rayonunda cari mövsümdə 2520 hektar sahədə pambıq yetişdirilir. Hazırda daban qozalar açılır, hər yerdə məhsul yığımına ciddi hazırlıq işləri görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il pambıq sahələrinin 2000 hektarında məhsul maşınlarla yığılacaq. Bu məqsədlə 9 ədəd pambıqyığan maşın hazır vəziyyətə gətirilib. Qalan tarlaların məhsulu isə əl ilə toplanacaq. Bunun üçün 1500 nəfərdən çox işçi qüvvəsi var. Yığıma, habelə 30 ədəd traktor və 60 ədəd qoşqu hazırlanıb. Bütün pambıqçılıq təsərrüfatlarında, xüsusilə daha çox məhsul yetişdirilən Bəyimli, İsaqbağı, Şahhüseynli və bir sıra digər ərazi dairələrində “ağ qızıl” yığımına daha ciddi hazırlaşıblar.

Qeyd edək ki, sentyabrın əvvəllərindən məhsul toplanışına başlanılacaq. İlkin olaraq əl ilə yığılması nəzərdə tutulan tarlalara çıxılacaq. Sahələrdən bol məhsul gözlənilir. Mütəxəssislər ötən il 5000 tondan çox pambıq istehsal edilən rayonda cari ildə bu göstəricinin 6000 tondan artıq olacağını proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.