REGİONLAR
Zərdabda 62,6 min tondan çox taxıl istehsal olunub
Zərdab, 6 iyun, AZƏRTAC
Zərdab rayonunda taxıl biçini kampaniyası uğurla başa çatıb, zəmilərdən 62 min 639 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə bölgədə 18 min 501 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 13 min 7 hektarına buğda, 5494 hektarına isə arpa əkilib. İstehsal olunan məhsulun 45 min 264 tonu buğda, qalanı isə arpadır. Ümumi məhsulun istehsalı ötən illə müqayisədə 201 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 5 sentner artaraq 33,8 sentnerə çatıb.
Rayonun əsas taxılçılıq təsərrüfatlarında, xüsusilə Bəyimli, Şəhhüseynli, Yarməmmədbağı, Pərvanlı, Məlikli və bir sıra digər icra nümayəndəliyində fermerlər və fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]