REGİONLAR


Zərdabda 760 ailəyə 1750 qutu ipəkqurdu toxumu paylanılıb

Zərdab, 8 may, AZƏRTAC

Zərdab rayonunda bölgü üzrə 760 ailəyə 1750 qutu ipəkqurdu toxumu paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baramaçılıq bölgədə ənənəvi sahədir və cari mövsümdə bu işlə 3800 nəfər məşğul olacaq. Mütəxəssislər bu il 70 ton barama istehsal ediləcəyi qənaətindədirlər.

Qeyd edək ki, son illər rayonda baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Kifayət qədər yem bazası da yaradılıb. Təkcə ötən il 1300 qutu (24700 qram) ipəkqurdu toxumu bəslənilib, 53 ton 880 kiloqram barama götürülüb ki, bu da respublikada ən yüksək göstərici olub.

Hazırda rayonda onlarla peşəkar kümçü var. Onlar da hər il barama tədarükündə yüksək nəticələrə nail olur, habelə öz peşələrini gənclərə həvəslə öyrədirlər. Belə kümçülərdən biri olan Namiq Aslanov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.