CƏMİYYƏT


Zərdabda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda konfrans keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə noyabrın 26-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda konfrans keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Zərdab RİH başçısının müavini Pərvin Mahmudova qeyd edib ki, ulu öndər Heydər Əliyev öz dərin biliyi, mətin iradəsi, yüksək bacarığı, böyük dövlət idarəçiliyi təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərinin düzgün qurulması üçün zəruri addımlar atılıb. Mərdan Camalzadə vurğulayıb ki, Ümummilli Liderin bu istiqamətdə həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. O bildirib ki, tolerantlıq ənənələrini qoruyub saxlamaq Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, son illər multikulturalizm, sivilizasiyalararası, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər bizim ölkəmizdə keçirilir. Onun sözlərinə görə, cari ilin 14-15 noyabr tarixlərində Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin 2-ci Bakı Sammiti buna bariz nümunədir.

Çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov dini düşmənçilik, radikalizm və fanatizmin buna meyil edən cəmiyyətlər üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. O qeyd edib ki, son illərdə Yaxın Şərqdə hökm sürən siyasi proseslər fonunda ümumilikdə dini ektremizmin və dinin siyasiləşdirilməsinin böyük dağıdıcı amilə çevrilməsi hamıya məlumdur. Həm milli, həm də ideoloji sayılan belə təhlükələrə qarşı dövlətlər, cəmiyyətlər, eyni zamanda, həqiqi dindarlar birgə mübarizə aparsalar daha effektiv nəticələrə nail olmaq olar.

Sədr müavini Azərbaycan əhalisinin əksər hissəsinə xas olan inanclar barədə danışaraq bildirib ki, əsas məqsədi cəmiyyət, dövlət və ailə üçün faydalı nümunəvi vətəndaş formalaşdırmaq olan İslam vəhdət və qardaşlıq dinidir. İslam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib. Xalqımıza məxsus milli-mənəvi dəyərlərin vacibliyinə də diqqət çəkən G.İsmayılov vətəndaşları, xüsusilə gəncləri əsrlərlə formalaşıb gələn və bu gün dövlət siyasətinin mühüm istiqamətinə çevrilən tolerant və multikultural ənənələrin mühafizə olunması istiqamətində səy göstərməyə səsləyib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.