Zərdabda “Vətən sevgisi şəhidlik və qazilik” mövzusunda müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Vətən sevgisi: şəhidlik və qazilik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər müstəqilliyə gedən yolda çoxlu sayda şəhid və qazilərimizin olduğunu, şəhidliyin İslam dinində ən yüksək məqam olduğunu qeyd ediblər. Həmçinin Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üçrəngli bayrağına olan sevgisindən danışılıb. Hər bir xalqın gələcəyə ümidlərinin gənclər olduğu və buna görə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi vurğulanıb.

Xəbərin mətnində orfoqrafik səhv var