CƏMİYYƏT
Zərdabda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Zərdabda Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə rayon icra hakimiyyətinin, polis şöbəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Rayonun Şəhidlər xiyabanında keçirilən mərasimdə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüblər.
Anım mərasimi sanitar-karantin rejimi qaydalarına uyğun təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:54]
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
- 25.04.2024 [19:36]
Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib
- 25.04.2024 [18:22]
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
- 25.04.2024 [18:18]