REGİONLAR


Zərdabda arı ailələrinin sayı 2 dəfə artıb

Zərdab, 5 fevral, AZƏRTAC

Zərdab rayonunda arıçılıq təsərrüfatına maraq getdikcə artır. Təsadüfi deyil ki, son bir ildə bölgədə arı ailələrinin sayı əvvəlki ildəkinə nisbətən 2 dəfə artıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, arı ailələrinin sayı artıq 1289-a çatıb. Ötən il arıçılar 8 tona yaxın bal götürüblər ki, bu da 2017-ci ildəkindən 1,8 dəfə çoxdur.

Qeyd edək ki, arıçılığın inkişafına göstərilən dövlət dəstəyi, dövlətimizin başçısının “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı rayonda arıçılıq təsərrüfatının inkişafına güclü təkan verib. Sərəncama əsasən keçən il 800 arı ailəsinə görə arıçılara dövlət büdcəsinin vəsaiti hesabına 8000 manat subsidiya verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.