REGİONLAR
Zərdabda arpa sahələrində orta məhsuldarlıq 32,6 sentner təşkil edir
Zərdab 28 iyun, AZƏRTAC
Zərdabda artıq arpa biçini başa çatmaq üzrədir. Taxılçıların hər hektardan əldə etdikləri orta məhsuldarlıq 32,6 sentnerdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Zərdabda cari ilin məhsulu üçün 8 min 448 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 5432 hektarı arpa, 13 min 16 hektarı buğdadır. Hazırda hər gün biçinə 29 kombayn çıxarılır. Kombaynların 22-si “Aqrolizinq”in, 7–si isə fermerlərindir. İndiyədək zəmilərin 12 min 666 hektarı biçilib. Sahələrdən 41 min 374,3 ton məhsul götürülüb.
Mütəxəssislər cari ilin məhsulu üçün zəmilərdən 45,5 min ton taxıl istehsal olunacağını proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]