CƏMİYYƏT
Zərdabda bir tondan çox yabanı halda bitmiş çətənə bitkisi məhv edilib
Bakı, 28 iyun, AZƏRTAC
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində hündürlüyü 120-180 santimetr ümumi çəkisi 1 ton 124 kiloqram olan 1655 ədəd yabanı halda bitmiş çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]