REGİONLAR
Zərdabda çəltik əkini başa çatıb
Zərdab, 24 iyun, AZƏRTAC
Zərdab rayonunda çəltik əkini başa çatıb, torpaq mülkiyyətçiləri 257 hektar sahədə əkin aparıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, çəltik rayonun əsasən Kürqırağı ərazilərində əkilir. Burunlu, Məlikli, Körpükənd, habelə Əlibəyidə sakinlər təsərrüfatın bu sahəsini ildən-ilə inkişaf etdirirlər. Cari mövsümdə təkcə Burunlu ərazisində 109 hektar sahədə çəltik əkilib.
Qeyd edək ki, yerli bazarlarda heç də az tələbatın olmadığı bu məhsulun istehsalına maraq getdikcə artır. Təsadüfi deyil ki, bu il əkin sahələri ötən ildəkindən 16 hektar çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]