REGİONLAR


Zərdabda çəltik əkini davam edir

Zərdab, 8 iyun, AZƏRTAC

Zərdab rayonunda çəltik əkini davam etdirilir və artıq 212 hektar sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, öz keyfiyyəti ilə seçilən və yerli bazarlarda heç də az tələbatın olmadığı bu məhsulun istehsalına maraq getdikcə artır. Torpaq mülkiyyətçilərinin cari mövsümdə ötənilki göstəricidən azı 10 hektardan çox - 250 hektarda çəltik əkəcəkləri gözlənilir.

Qeyd edək ki, çəltik rayonun əsasən Kürqırağı ərazilərində əkilir. Məlikli, Körpükənd, habelə Burunlu, Əlibəyidə sakinlər təsərrüfatın bu sahəsini ildən-ilə inkişaf etdirirlər. Məliklidə artıq 112 hektarda, Körpükənddə 100 hektarda əkin aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.