REGİONLAR


Zərdabda daha bir şəhidimizin izdihamlı dəfn mərasimi keçirilib

Zərdab, 5 aprel, AZƏRTAC 

Aprelin 5-də Zərdabda daha bir şəhidimiz torpağa tapşırılıb. 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Abdullayev Nurlan Rasim oğlu ötən gün Tərtər bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Böyük Dəkkə kəndində torpağa tapşırılan şəhidin dəfn mərasimi izdihamlı keçib. Mərasimdə kənd sakinləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zərdab bölməsinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, kənd ağsaqqalı Rəhim Rəhimov, şəhidin əmisi Lələş Abdullayev, rayon ağsaqqallar şurasının sədri Mirağa Bağırov çıxış edərək şəhidin ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan Nurlanın xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

Mərasimdə şəhidin xatirəsinə yayılım atəşi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.