REGİONLAR


Zərdabda daha iki məktəbdə əyani təhsil müvəqqəti dayandırılıb

Zərdab, 3 may, AZƏRTAC

Zərdabın iki məktəbində COVID-19 infeksiyası səbəbindən əyani təhsil müvəqqəti dayandırılıb və distant təhsilə keçilib.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd tam orta məktəblərinin müəllim və şagirdlərində koronavirus aşkar edildiyi üçün mayın 3-dən etibarən əyani təhsil müvəqqəti olaraq dayandırılıb. Hazırda hər iki məktəbdə dezinfeksiya işləri həyata keçirilir.

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikumudlu və Çallı kənd orta məktəblərində də şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən distant təhsilə keçilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.