REGİONLAR


Zərdabda əkin sahələrinin normal su təchizatı üçün tədbirlər görülür

Zərdab, 2 avqust, AZƏRTAC

Zərdab rayonunda əkin sahələrinin normal su təchizatı istiqamətində tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, təkcə cari ildə 14 ədəd nasos, 5 ədəd elektrik mühərriki, 2 dizel mühərriki, 0,4 kilometr dəmir-beton nov və beton kanallar təmir olunub, 476,4 kilometr suvarma kanalı lildən təmizlənib. Nəticədə 41 min 400 hektardan çox sahə suvarma suyu ilə təmin edilib.

Rayonun Körpükənd kəndində istismar müddəti başa çatan 40 metr uzunluğunda 630 millimetrlik boru yenisi ilə əvəz olunub. Bəyimli qəsəbə, Qoşaoba, Dəli Quşçu, Dəkkəoba və Təzəkənd kəndlərində pay torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün “Təzəkənd” nasos stansiyasında əlavə olaraq daha 1 ədəd yeni nasos quraşdırılıb.

Qeyd edək ki, bölgədə “Zərdab rayonu üzrə suya olan tələbatın aylar üzrə həcm cədvəli” tərtib edilib, yerlərdə suvarmanın növbəlik əsasında aparılması üçün qrafik hazırlanıb. Sudan istifadə vəziyyətinə nəzarət məqsədilə vaxtaşırı olaraq reydlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.