REGİONLAR


Zərdabda hələlik 50 tondan çox barama tədarük olunub

Zərdab, 10 iyun, AZƏRTAC 

Zərdab rayonunda yaş barama tədarükü davam edir və kümçülər hələlik 50 tondan çox məhsul təhvil veriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 3800 nəfəri əhatə edən 760 ailə tərəfindən 1750 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Onlarca təcrübəli kümçü bu mövsümdə yüksək göstəriciyə nail olub. Belə ki, Gəlmə kəndindən Teymur Teymurzadə 476 kiloqram, Alıcanlıdan Əlişah Cavadov 415 kiloqram, Nəzəralılıdan Surxay Xəlilov 327 kiloqram, Məmmədqasımlıdan Rəşad Rəşidov 258 kiloqram bol məhsuldarlıq əldə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Zərdabda ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr qazanılır. Təkcə keçən il rayon kümçüləri 1300 qutu (24700 qram) inkubasiya olunan ipəkqurdu toxumu qəbul edərək normal bəsləmə aparıblar. Nəticədə 53 ton 880 kiloqram barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olublar. Bu il də yaxşı nəticə gözlənilir. Belə ki, mütəxəssislər cari mövsümdə 70 ton yaş barama tədarük olunacağı qənaətindədirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.