REGİONLAR


Zərdabda indiyədək 2810 tonadək pambıq tədarük olunub

Zərdab, 7 oktyabr, AZƏRTAC

Zərdab rayonunda pambıq yığımı davam edir və indiyədək 2809,5 ton pambıq tədarük edilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 2264 hektar sahədə pambıq yetişdirilib. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Artıq kombaynlar da “ağ qızıl” yığımına cəlb edilib. İndiyədək yığılan pambığın 1875,6 tonu kombaynlarla toplanılıb. Hər gün sahələrə 600 nəfərədək işçi qüvvəsi, 7 kombayn çıxır.

Bəyimli qəsəbə, Körpükənd, İsaqbağı, Şahhüseyinli və bir sıra digər ərazi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.