REGİONLAR


Zərdabda indiyədək 63,5 ton yaş barama təhvil verilib

Zərdab, 9 iyun, AZƏRTAC

Zərdab rayonunda yaş barama tədarükü davam edir və indiyədək kümçülər tərəfindən qəbul məntəqəsinə 63 ton 500 kiloqram məhsul təhvil verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, baramaçılıq Zərdabda təsərrüfatın ənənəvi sahəsidir və qısa müddətdə yaxşı gəlir gətirir. Ona görə də bu sahə ilə məşğul olanların sayı da ildən-ilə artır. Təsadüfi deyil ki, 2016-cı ildə 5710 kiloqram yaş barama tədarük edən Zərdab son illər respublikamızda ən çox barama istehsal olunan rayonlardan birinə çevrilib. Ötən il 61 ton 635 kiloqram barama tədarük edilən rayonda builki mövsümdə 70 tonadək məhsul gözlənilir.

Qeyd edək ki, cari ildə Qax Damazlıq İpəkçilik Stansiyasından rayona 1550 qutu ipəkqurdu toxumu gətirilərək 665 kümçüyə paylanılıb və onlar bol məhsul yetişdirməyə nail olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.